Tələbəni maşın vuraraq öldürdü 

18:00 06.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdaşda avtomobil piyadanı vurub.

Hafta.az xəbər verir ki, bu gün Ağdaş şəhərində Murad Əsədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Yusif Məmmədov vurulub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yeniyetmənin Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin I kurs tələbəsi olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb